Bank Of Baku

Azərbaycan bank sistemi üzrə yekun mənfəət yanvar-iyul aylarında 34,4% artıb

Azərbaycan bank sistemi üzrə yekun mənfəət yanvar-iyul aylarında 34,4% artıb
# 14 sentyabr 2009 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank sisteminin cəmi mənfəəti (mənfəətlə işləyən 39 bank üzrə) 2009-cu ilin yanvar-iyul ayları ərzində 171,01 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 35,47 mln. manat və ya 26,2% artıb.

Eyni zamanda, zərərlə işləyən 7 bank üzrə məcmu zərərin həcmi 8,91 mln. manata bərabər olub ki, bu da son bir ildə 6,05 mln. manat və ya 40,4% azalıb.

Nəticədə, banklar tərəfindən əldə edilmiş yekun mənfəət son bir ildə 41,52 mln. manat və ya 34,4% artaraq cari ilin yanvar-iyul aylarında 162,1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR