Bank Of Baku

Azərbaycanın girov və ipoteka kağızları bazarında passivləşmə müşahidə olunur

Azərbaycanın girov və ipoteka kağızları bazarında passivləşmə müşahidə olunur
# 14 sentyabr 2009 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın girov və ipoteka kağızları bazarında qeydə alınan qiymətli kağızların sayı azalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 101 girov əməliyyatı qeydə alınıb ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 44,5% azdır. Bundan başqa, hesabat dövründə əlavə girov üzrə qeydə alınan əməliyyatların sayı da 3,6 dəfə azalıb. Belə ki, əgər ötən ilin yanvar-avqust aylarında 125 əməliyyat qeydə alınmışdırsa, cari ilin analoji dövründə əməliyyatların sayı 34-ə enib.

Hesabat dövründə həmçinin ipoteka kağızlarının qeydiyyatında da azalma müşahidə olunub. Belə ki, yanvar-avqusta 112 ipoteka kağızı qeydiyyatdan keçib. Bu da ötən ilin analoji dövründəkindən 36,3% azdır. İpoteka kağızının əlavə qeydiyyatında isə 12,8%-lıq azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR