Bank Of Baku

Azərbaycanın fond bazarında mənzil sertifikatlarının emissiyası artıb

Azərbaycanın fond bazarında mənzil sertifikatlarının emissiyası artıb
# 14 sentyabr 2009 09:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qiymətli kağızlar bazarında qeydə alınan mənzil sertifikatlarının sayı kəskin artıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 3 emitent tərəfindən 277,1 mln. manatlıq 387 ədəd mənzil sertifikatı qeydə alınıb. Nəticədə, sertifikatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə, həcmi isə 19,6 dəfə artıb.

Bununla yanaşı, buraxılan mənzil sertifikatlarının sahəsi də artıb. Belə ki, əgər ötən ilin ilk səkkiz ayında mənzil sertifikatlarının əhatə sahəsi 18 182 kv. metr təşkil edirdisə, bu ilin eyni dövründə bu rəqəm 4,5 dəfə artaraq 81 830 kv. metrə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR