Bank Of Baku

«Qarant Sığorta» 184 nömrəli telefon xidmətini istifadəyə verib

«Qarant Sığorta» 184 nömrəli telefon xidmətini istifadəyə verib
# 15 sentyabr 2009 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti 184 nömrəli qaynar telefon xidmətini (Call Center) istifadəyə verib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşlar bu nömrəyə zəng etməklə «Qarant Sığorta» şirkəti tərəfindən əhaliyə təqdim olunan məhsullar haqqında hərtərəfli məlumat əldə edə biləcəklər. Bununla yanaşı, vətəndaşlar operatorlara öz rəy və təkliflərini də bildirmək imkanına malik olacaq. Xidmətin mühüm üstünlüklərindən biri də qeyd olunan nömrəyə zəng edən müştərilərə sığorta polisini almaq və bu sənədin Azərbaycanın istənilən nöqtəsinə tamamilə pulsuz çatdırılmasıdır.

Qeyd edək ki, zənglər həftənin 7 günü ərzində saat 09:00-dan 24:00-dək qəbul olunur.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manatdır. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin respublika üzrə bir filialı (Gəncə) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR