Bank Of Baku

«Bank of Baku» yeni avtomobil kreditləşməsi proqramına başlayıb

«Bank of Baku» yeni avtomobil kreditləşməsi proqramına başlayıb
# 15 aprel 2010 10:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Chevrolet» markalı avtomobillərin kreditləşməsinə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, avtokreditin məbləği 500-50 000 manat həcmində ola bilər, ilkin ödəniş avtomobilin dəyərinin minimum 20%-ni təşkil edir, kredit 12, 24 və ya 36 ay müddətinə verilir.

Xatırladaq ki, «Bank of Baku» hazırda «Hyundai», «Volkswagen», «Kia» və Rusiya istehsalı olan avtomobillərin alınması üçün də kredit ayırır.

Bundan başqa, bankın istehlak kreditləri sırasında digər məhsullar da var. Belə ki, kreditin maksimal məbləği 1 500 manat, maksimal müddəti 12 ay olan təhsil və tibb müəssissələrinin əməkdaşları üçün nağd pul krediti, kreditin maksimal məbləği 3 000 manat, maksimal müddəti 18 ay olan bankın tərəfdaş-şirkətləri, dövlət və iri özəl şirkətlərinin əməkdaşları üçün kart vasitəsilə kredit xətti, kreditin maksimal məbləği 250 manat, müddəti 12 ay olan «Tələbə kartı» adlı xüsusi kredit proqramı, müsbət kredit tarixçəsi olan müştərilər üçün nağd pul krediti və xətti bərpa olunan «Kredit kart» məhsulu, maksimal məbləğ 3 000 manat, maksimal müddət 24 ay olan məişət texnikası, mebel, kompüter, mobil telefon alışının kreditləşdirilməsi kimi məhsullar təklif edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR