Bank Of Baku

Nazir müavini Niyazi Səfərov: «Azərbaycan-Rusiya əlaqələrinin inkişafı iki ölkənin transmilli layihələrdə əməkdaşlığından asılıdır»

Nazir müavini Niyazi Səfərov: «Azərbaycan-Rusiya əlaqələrinin inkişafı iki ölkənin transmilli layihələrdə əməkdaşlığından asılıdır»
# 15 aprel 2010 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayfev – APA-Economics. Azərbaycanla Rusiya arasında regionlararası əlaqələrin inkişafı iki ölkənin transmilli layihələrdə sıx əməkdaşlığından asılıdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün «Rusiya və Azərbaycan: Regionlararası əməkdaşlığı genişləndirmək yolu ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə doğru» mövzusunda Bakıda keçirilən dəyirmi masada Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Çıxışı zamanı nazir müavini Azərbaycanın iqtisadi inkişafından danışıb və qeyd edib ki, 2010-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanda ÜDM-in artım tempi 5,4% təşkil edib, əhalinin gəlirləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% artıb.

Bundan başqa, N.Səfərov qeyd edib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır və iki ölkə arasında regionlararası əlaqələrin inkişafı vacibdir: «Hazırda Azərbaycanda regionların inkişafına dair Dövlət Proqramı icra olunur ki, bu da iki ölkə arasında regionlararası əməkdaşlığın inkişafına təkan verə bilər».

Azərbaycanda biznesin inkişafı üçün münbit şəraitin və investisiya qoyuluşu üçün əlverişli mühitin olduğunu bildirən N.Səfərov həmçinin ölkədə icra olunan və icrası artıq başa çatmış iri layihələrdən məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR