Bank Of Baku

«VTB Azerbaijan»ın İdarə Heyətinin sədri Oleq Krasnojon: «Azərbaycanda həddən artıq çox bank var»

«VTB Azerbaijan»ın İdarə Heyətinin sədri Oleq Krasnojon: «Azərbaycanda həddən artıq çox bank var»
# 15 aprel 2010 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «VTB Azerbaijan» bankı Azərbaycanın bank sektorunda göszlənilən konsolidasiya prossesini dəstəkləyir.

Bankın İdarə Heyətinin sədri Oleq Krasnojonun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda Azərbaycanın bank sektorunun inkişafı normal səviyyədədir. Lakin bu sahənin texnoloji baxımından inkişaf etdirilməsi vacibdir: «Bununla yanaşı, Azərbaycanda bankların sayı həddən artıq çoxdur və ölkənin bu sahədə konsolidasiyanın həyata keçirilməsi gərəkdir».

O.Krasnojon onu da bildirib ki, hazırda dünyada neftin qiyməti tədricən yüksəlir, bu da Azərbaycan iqtisadiyyatına, həmçinin ölkənin dünyadakı reytinqinə müsbət təsir göstərəcək: «Belə olan halda ölkənin bank sektoru bir qədər də inkişaf edəcək».

Qeyd edək ki, hazırda Azərbaycanda 46 kommersiya bankı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR