Bank Of Baku

Corc Soros: Avrozona parçalana bilər

Corc Soros: Avrozona parçalana bilər
# 15 aprel 2010 13:45 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya şöhrətli maliyyəçi Corc Soros bəyan edib ki, Avropa İttifaqı və avrozona parçalanmaq təhlükəsi ərəfəsindədir.

APA-Economics”in məlumatına görə, C.Soros İtaliya mətbuatına müsahibəsində təhlükədən yayınmaq üçün Almaniyanın güzəştə getməsinin vacibliyini vurğulayıb.

“Almanlar Avropa İttifaqının inkişaf etməsi üçün həmişə güzəştə gediblər. Amma son zamanlar hər şey dəyişib. Əgər Avropa İttifaqı genişlənməyə davam etməsə və avronun qayğısına qalmasa, avrozona və hətta birliyin özü mövcudluğunu dayandıra bilər” – deyə məşhur maliyyəçi qeyd edib.

C.Sorosun fikrincə, Avropa İttifaqı büdcə kəsirlərini ixtisar etmək üçün çüvik mexanizm hazırlamalıdır ki, sərt və qeyri-populyar tədbirlərə ehtiyac olmasın: “Yunanıstana gəlincə, inanmaq istəyirəm ki, bu ölkə xilas olunacaq. Bu ölkənin hökuməti özündən asılı olan hər şeyi edib. İndi növbə Afinaya çox aşağı faizlə kredit verməli olan Avropa İttifaqı ölkələrinindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR