Bank Of Baku

«Xalq Bank» nizamnamə kapitalını artırır

«Xalq Bank» nizamnamə kapitalını artırır
# 16 aprel 2010 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 34 manat, sayı 2,142 mln. ədəd, emissiyanın ümumi həcmi isə 72,828 mln. manat təşkil edir. Emissiya «Xalq Bank»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 25 manat olan 2,142 mln. ədəd – 53,550 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 36% artaraq 72,828 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 504,264 mln. manat, depozit portfeli 283,248 mln. manat, kredit portfeli 464,003 mln. manat, məcmu kapitalı 76,169 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR