Bank Of Baku

«Bank Respublika» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 39% artırıb

«Bank Respublika» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 39% artırıb
# 16 aprel 2010 08:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 334,484 mln. manat təşkil edib ki, bu da 2009-ci ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 13,4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 9,8% artaraq 153,807 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 38,7% genişlənərək 114,780 mln. manata çatıb. Eyni zamanda, bankın kredit portfeli 177,032 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 80,823 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,1% artaraq 56,049 mln. manat, o cümlədən nizamnamə kapitalı 35,4% artaraq 30,578 mln. manat olub.

Qeyd edək ki, bu müddət ərzində bankın gəlirləri 9,213 mln. manat, xərcləri isə 8,922 mln. manat təşkil edib. Nəticədə, cari ilin birinci rübündə bankın əldə etdiyi mənfəətin həcmi 291 min manat olub.

Bundan başqa, bu dövr ərzində bank tərəfindən əlavə 5 filial açılıb və 2 bankomat quraşdırılıb. Bankın işçilərinin sayı 0,4% artaraq cari ilin aprel ayının 1-nə 487 nəfər, cəmi müştərilərinin sayı isə 32,8% artaraq 143 633 olub. Bankın müştəriləri sırasında fiziki şəxslərin sayı 33% artaraq 139 231 nəfərə, hüquqi şəxslərin sayı isə 27,7% artaraq 4 402-yə çatıb.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR