Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları son bir ildə 13% artıb

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları son bir ildə 13% artıb
# 16 aprel 2010 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının həcmi 2010-cu ilin mart ayının 1-nə 5 912,687 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in Mərkəzi Bankın «Beynəlxalq ehtiyatlar və xarici valyutada likvidlik» hesabatına əsasən verdiyi məlumata görə, bu göstərici fevralın əvvəli ilə müqayisədə 7,9% artıb.

Beynəlxalq ehtiyatların tərkibində 5 380,019 mln. dollar xarici valyutada rəsmi ehtiyat aktivləri, 532,668 mln. dollar isə xarici valyutada olan digər aktivlərin payına düşür.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi 13,2% artıb.

Rəsmi ehtiyat aktivlərinin strukturunda 5 146,339 mln. dolları və ya 95,7%-i xarici valyutada ehtiyat aktivləri, 0,2 mln. dolları Beynəlxalq Valyuta Fondu üzrə ehtiyat mövqe və 233,480 mln. dolları və ya 4,3%-i Xüsusi Borcalma Hüquqlarında (SDR) olan ehtiyatlar təşkil edib.

Qeyd edək ki, xarici valyutada ehtiyat aktivlərinin 4 083,514 mln. dolları və ya 79,4%-i digər mərkəzi banklarda, BVF-da yerləşdirilmiş vəsaitlər, 747,359 mln. dolları və ya 14,5%-i qiymətli kağızlar, 315,466 mln. dolları və ya 6,1%-i baş idarəsi xaricdə olan hesabat verən banklarda yerləşdirilmiş vəsaitlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR