Bank Of Baku

Dövlət Statistika Komitəsi: Bu ilin I rübündə Azərbaycanda iqtisadi artım 5,4% olub

Dövlət Statistika Komitəsi: Bu ilin I rübündə Azərbaycanda iqtisadi artım 5,4% olub
# 16 aprel 2010 09:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən A.Vəliyev qeyd edib ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 5,4% artaraq 9,7 mlrd. manat təşkil edib: “Bu ilin I rübündə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,2% artıb və 1074,5 manat (1337,6 ABŞ dolları) təşkil edib. İlin sonunadək ÜDM-in 40 mlrd. manat olacağı gözlənilir”.

A.Vəliyev onu da bildirib ki, ÜDM-in 5,7 mlrd. manatını sənaye, 650,4 mln. manatını tikinti, 663,6 mln. manatını nəqliyyat, 171,4 mln. manatını kənd təsərrüfatı, 742,5 mln. manatını ticarət və pullu xidmət, 160,8 mln. manatını rabitə, 885,4 mln. manatını digər sahələrdən gələn gəlirlər, 596,1 mln. manatını məhsula və idxala vergilər təşkil edib.

Hesabat dövründə qeyri-neft sektorunda əlavə dəyər istehsalı 4,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR