Bank Of Baku

Tiflisdə Qafqaz və Orta Asiya ölkələrində kredit artımına dair konfrans keçirilib

Tiflisdə Qafqaz və Orta Asiya ölkələrində kredit artımına dair konfrans keçirilib
# 16 aprel 2010 10:04 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Aprelin 14-15-də Tiflisdə “Qafqaz ölkələrində, Orta Asiya və Şərqi Avropanın qonşu ölkələrində kreditin məqsədli artımı” mövzusunda konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransı Gürcüstanın baş naziri Nika Gilauri açıb.

Tədbirdə Yaxın Şərq və Mərkəzi Asiya Beynəlxalq Valyuta Fondu departamentinin direktor müavini Deyvid Ouen, Gürcüstan Milli Bankının prezidenti Georgi Kadaqidze, Avropa Yenidənqurma və İnkişaf Bankının departament direktoru Ceromin Zettelmeyer və başqaları çıxış ediblər.

Konfransda “Qafqaz ölkələrində, Orta Asiya və Şərqi Avropanın qonşu ölkələrində kredit verilməsinin vəziyyəti və xarakteristika və determinantı,” “2008-ci ildə bank krediti və böhran: ölkələr arasında müqayisə”, “Kredit sahəsində dəyişiklik və bankın perspektivləri”, “Kreditin tənzimlənməsi və səviyyəsinin yüksəldilməsi”, “Kredit artımının bərpa edilməsi və onun uzunmüddətli artımının təmin edilməsi” və başqa mövzularda məruzələr dinlənilib.

Məruzələr ətrafında müzakirələrdə Moskva, Təl-Əviv, Qazaxıstan, Moldova, Ermənistan, Gürcüstan, Hindistan və digər Orta Asiya və Şərqi Avropa ölkələrindən olan bank mütəxəssisləri, ekspertlər və alimlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR