Bank Of Baku

Azərbaycanda orta aylıq əmək haqqı I rübdə 4,1% artıb

Azərbaycanda orta aylıq əmək haqqı I rübdə 4,1% artıb
# 16 aprel 2010 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanda orta aylıq əmək haqqı 4,1% artaraq 304 manat təşkil edib. «APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, cari ilin ilk üç ayında sənaye məhsulu istehsalı 5,6% artaraq 7,1 mlrd. manat təşkil edib.

Kənd təsərrüfatı sahəsində 1,5% artım qeydə alınıb. Bu, kənd, meşə və balıqçılıq təsərrüfatlarında 336,9 mln. manat həcmində məhsul istehsalı nəticəsində mümkün olub.

Hesabat dövründə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 336,8 mln. manat və ya 2009-cu ilin yanvar-mart aylarına nisbətən 4,9% çox vəsait yönəldilib.

Nəqliyyat sahəsində müəssisələr tərəfindən 43,2 mln. ton yük və 312,7 mln. nəfər sərnişin daşınıb. Bu isə müvafiq olaraq 3,1% və 3% artım deməkdir.

Bununla yanaşı, bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 105 ölkədəki tərəfdaşları ilə 3 920,3 mln. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. Xarici ticarət dövriyyəsinin 3 216,6 mln. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 703,7 mln. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, xarici ticarət dövriyyəsində 2 512,9 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ticarət dövriyyəsinin ümumi həcmi 1,6 dəfə, o cümlədən ixrac 2,2 dəfə artıb, idxal 23,8% azalıb. Həmçinin, hesabat dövründə xarici ticarət dövriyyəsinin müsbət saldosu 4,4 dəfə artıb.

İdxal-ixrac əməliyyatlarının 58,2%-i Avropa, 32%-i Asiya, 8,6%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 32,2%-i İtaliya, 7%-i İndoneziya, 6,3%-i İsrail, 6,1%-i Fransa, 5,8%-i Rusiya, 5,7%-i ABŞ, 5%-i Ukrayna, 3,8%-i Qazaxıstan, 2,4%-i Türkiyə, 2,3%-i Xorvatiya, 2,2%-i Hindistan, 2,1%-i Kanada, 1,9%-i Yunanıstan, 1,8%-i Tayvan (Çinin əyaləti), 1,7%-i Gürcüstan, qalan 13,7%-i isə digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR