Bank Of Baku

Gələn ay «Silkway Bank» yeni baş ofisə köçəcək

Gələn ay «Silkway Bank» yeni baş ofisə köçəcək
# 16 aprel 2010 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Silkway Bank» ASC bu ilin may ayında yeni baş ofisə köçəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin may ayının 11-dən etibarən bank Bakının Nizami küçəsi, 86 ünvanında fəaliyyət göstərəcək.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR