Bank Of Baku

«Muğan Bank» son bir ildə depozit portfelini 34% genişləndirib

«Muğan Bank» son bir ildə depozit portfelini 34% genişləndirib
# 16 aprel 2010 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 154,606 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 42,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 34,3% genişlənərək 55,608 mln. manata, o cümlədən əhalinin əmanətləri 55,3% artaraq 44,987 mln. manata çatıb. Eyni zamanda, bankın kredit portfeli 82,7% artaraq 108,060 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 41,4% artaraq 16,099 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 8,7% artaraq 22,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 5,6% artaraq 19 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 71% artaraq 5,312 mln. manat, xərcləri isə 22,3% artaraq 4,584 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 0,729 mln. manat olub. Ötən ilin yanvar-mart aylarını isə bank 0,637 mln. manat zərərlə başa vurub.

Bu dövr ərzində bank tərəfindən əlavə 4 filial açılıb, 3 bankomat və 6 POS-terminal quraşdırılıb. Cari ilin aprel ayının 1-nə bankın müştərilərinin sayı 54% artaraq 35 291, o cümlədən müştərilər sırasında fiziki şəxslərin sayı 29 874, hüquqi şəxslərin sayı isə 5 417 olub. Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 21,5% artaraq 429 nəfərə çatıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 28 filialı, 30 bankomatı və 69 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR