Bank Of Baku

«Unibank» daha üç pulköçürmə sisteminə qoşulub

«Unibank» daha üç pulköçürmə sisteminə qoşulub
# 16 aprel 2010 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «Zolotaya Korona», «Blizko» və «Coinstar» beynəlxalq pul köçürmələri sistemlərinə qoşulub. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın qoşulduğu pul köçürmələri sistemlərinin sayı 10-na çatıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-mart aylarında pul köçürmələri üzrə bankın dövriyyəsi ötən ilin birinci rübü ilə müqayisədə 44% artıb. Bu dövr ərzində vətəndaşların hesab açılmadan yerinə yetirilmiş təcili pul köçürmələrinin sayı 55% artıb.

Xatırladaq ki, ölkədə pul köçürmələrinin həcminin azalmasına baxmayaraq, 2009-cu ildə «Unibank»ın xidmət şəbəkəsi vasitəsi ilə ümumi məbləği 25,5 mln. manat olan 45 603 pul köçürməsi həyata keçirilib. Bu isə 2008-ci ildə qeydə alınan həcmdən 27,5% çoxdur.

Hazırda bank «Western Union», «Bıstraya Poçta», «Contact», «Faster», «Xpmoney», «Migom» və «Lider» beynəlxalq pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.

Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR