Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti 53% artıb

Azərbaycan dövlət büdcəsinin profisiti 53% artıb
# 16 aprel 2010 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan dövlət büdcəsinin bütün mənbələr üzrə daxilolmaları 1 632,3 mln. manat, xərcləri isə 1 081,6 mln. manat olub. Büdcənin icrasında yaranmış 550,7 mln. manatlıq profisit ÜDM-in 8,9%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 11,1%, xərcləri 21,4% azalıb, profisit isə 53% artıb.

Hesabat dövründə vergi gəlirlərinin 34,6%-i əlavə dəyər vergisindən, 38,9%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 9%-i fiziki şəxslərin gəlir vergisindən, 8,3%-i aksiz vergisindən, 3,4%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 402,8 mln. manatı (37,2%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 216,3 mln. manatı (20%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 140,5 mln. manatı (13%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 38,8%-ni (419,2 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR