Bank Of Baku

«Azərqarant Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Azərqarant Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 16 aprel 2010 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərqarant Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 326 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 3,260 mln. manat təşkil edir. Emissiya «Azərqarant Sığorta»nın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 270 manat olan 10 min ədəd – 2,7 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 20,7% artaraq 3,260 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 2,7 mln. manatdır. Cari iilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 183,086 min manat, sığorta ödənişləri isə 10,380 min manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR