Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 34% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 34% artıb
# 19 aprel 2010 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il mart ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği 2,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 029,7 mln. manatı (42,5%-i) milli, 1 393,1 mln. manatı (57,5%-i) xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 26% və 39,7% artıb. Həmin vəsaitlərin 77,1%-i (1,9 mlrd. manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb.

Qeyd edək ki, 2010-cu ilin mart ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,72 manat, 1 avroya 1,09 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80 manat, 2,69 manat və 1,11 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR