Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksinin artması davam edir

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksinin artması davam edir
# 19 aprel 2010 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu ilin yanvar-mart ayları üzrə 1,25 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-fevral ayları ilə müqayisədə indeks 0,05 bənd və ya 4,2% artıb. Xatırladaq ki, bu göstərici yanvar üzrə 1,10 bənd, 2009-cu ilin yekunları üzrə isə 1,41 bənd təşkil edib.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbət kimi ölçülür. Beləliklə, 2010-cu ilin yanvar ayında əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətini cəmi 10% üstələdiyi halda, yanvar-fevralda bu göstərici 20%, yanvar-martda isə 25%-ə bərabər olub.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarının yekunlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,41 bəndə, yanvar-oktyabrda 1,42 bəndə, yanvar-sentyabrda 1,43 bəndə, yanvar-avqustda 1,54 bəndə bərabər olub. Beləliklə, ötən ilin son aylarında əhalinin alıcılıq qabiliyyətin tədricən azalması müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2010-cu ilin yanvar-matr aylarında pərakəndə əmtəə dövriyyəsi 3 112,1 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1 030 mln. manat, əhalinin gəlirləri isə 5 183,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR