Bank Of Baku

«VTB Azerbaijan» bankı Azərbaycanda perspektivli investisiya layihələri axtarır

«VTB Azerbaijan» bankı Azərbaycanda perspektivli investisiya layihələri axtarır
# 19 aprel 2010 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «VTB Azerbaijan» bankı Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində investisiya layihələrini maliyyələşdirməyə hazırdır. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədri Oleq Krasnojon məlumat verib.

Onun sözlərinə görə, «VTB Azerbaijan» ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrdə iştirak etmək niyyətindədir: «Biz rabitə, energetika, nəqliyyat, istehsal və bu kimi sahələrdə layihələri maliyyələşdirə bilərik. Əsas odur ki, yaxşı layihələr olsun, onların maliyyələşdirilməsi isə bizim üçün problem deyil».

Xatırladaq ki, 2007-ci ildə «VTB Azerbaijan» bankı «AF-Bank» Səhmdar Kommersiya Bankının nizamnamə kapitalında 51% iştirak payı alıb. Azərbaycan Mərkəzi Bankından 2009-cu ilin martın 19-da lisenziya alan bank bu ilin fevralında adını «VTB Azerbaijan» ASC-yə dəyişdirib. Sonradan Azərbaycanın «AtaHolding» Şirkətlər Qrupu bankda 48,99% iştirak payı alıb, qalan 0,01% isə fiziki şəxslərə məxsusdur.

VTB-nin Azərbaycandakı biznesinin əsas istiqamətləri korporativ və pərakəndə bankçılığı əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR