Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın depozit portfeli son bir ildə 2,2 dəfə artıb

«Azərbaycan Sənaye Bankı»nın depozit portfeli son bir ildə 2,2 dəfə artıb
# 19 aprel 2010 07:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu aprel ayının 1-nə 106,434 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 73,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,2 dəfə genişlənərək 73,779 mln. manata, kredit portfeli 81,7% artaraq 63,845 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 3 dəfə artaraq 29,399 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 44,8% artaraq 24,737 mln. manat, o cümlədən nizamnamə kapitalı 72,8% artaraq 22,114 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 5,9% artaraq 2,840 mln. manat, xərcləri isə 61% artaraq 2,818 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 22,160 min manat olub.

Xatırladaq ki, bu müddət ərzində bankın işçilərin sayı 13,7% artaraq 149 nəfərə çatıb.

«Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 23 bankomatı və 249 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR