Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri I rübdə 5,2% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri I rübdə 5,2% artıb
# 19 aprel 2010 08:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda əhalinin adambaşına gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 5,2% artaraq 583,1 manat və ya ayda orta hesabla 194,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 5,2 mlrd. manatlıq gəlirin 74,1%-i son istehlaka, 10,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 4,7 mlrd. manatlıq və ya keçən ildəkindən 7,5% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR