«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,01% azalaraq 0,8035 manat təşkil edib. Dolların rəsmi məzənnəsi dəyişməyib və 0,8035 manata bərabər olub:
Göründüyü kimi, ötən həftə ərzində dolların birja və rəsmi məzənnələri fərqli dinamika nümayiş etdirib. Eyni zamanda yekunda demək olar ki, ciddi dəyişiklik müşahidə olunmur.
Avronun rəsmi məzənnəsi isə 0,8% azalaraq həftənin son gününə 1,0881 manat təşkil edib: