Bank Of Baku

Azərbaycanda ödəniş vaxtı keçmiş bank kreditlərinin xüsusi çəkisi kəskin artıb

Azərbaycanda ödəniş vaxtı keçmiş bank kreditlərinin xüsusi çəkisi kəskin artıb
# 19 aprel 2010 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il mart ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,7% və ya 1,7 mlrd. manat artaraq 8,3 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 47,2%-ni dövlət bankları, 50,6%-ni özəl banklar, 2,2%-ni isə qeyri-bank kredit təşkilatları təqdim edib. Verilmiş kreditlərin 73,5%-i uzunmüddətli olub, 4,3%-nin isə ödənilmə vaxtı keçib.

Hesabat dövründə kredit qoyuluşunun 2 210,1 mln. manatını qısamüddətli kreditlər, 6 133,4 mln. manatını isə uzunmddətli kreditlər təşkil edib və ötən ilin martın 1-i ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 8,2% və 31,9% artıb. Ödənilmə vaxtı keçmiş krditlərin həcmi isə 358,4 mln. manat təşkil edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 95,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR