Bank Of Baku

Beynəlxalq Valyuta Fondu 2010-cu il üçün proqnozlarını artırır

Beynəlxalq Valyuta Fondu 2010-cu il üçün proqnozlarını artırır
# 19 aprel 2010 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatı üzrə 2010-cu ilin gözlənilən yekunlarına dair proqnozlarını artıracaq.

«APA-Economics»in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, sonuncu dəfə BVF 2010-cu ilin yanvarında cari ilin sonunda dünya iqtisadiyyatının artım tempinin 3,9% səviyyəsində olacağını proqnozlaşdırmışdır ki, sözügedən proqnoz Fond tərəfindən 4%-dək artırılacaq.

Pronozun artması Çin və digər aparıcı ölkələrdə iqtisadiyyatın proqnozlardan artıq inkişaf etməsi ilə əlaqədardır. Asiya və Cənubi Amerikada iqtisadiyyatın bərpa olunmasına baxmayaraq, ABŞ, Yaponiya və bir sıra Avropa ölkələrində istehlak tələbatı aşağı səviyyədədir, bu da ümumi iqtisadiyyatın sürətlə artımının qarşısını alır.

Qeyd edək ki, cari ilin yanvar ayında BVF dünya iqtisadiyyatının artım tempinin proqnozunu 3,1%-dən 3,9%-ə dəyişdirib, 2011-ci il üçün isə bu göstəricinin 4,1% səviyyəsində olacağını proqnozlaşdırmışdır.

Fondun yenilənmiş hesabatı («World Economic Outlook») isə aprelin 21-də nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR