Bank Of Baku

«Azərbaycan Kredit Bankı»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi son bir ildə 23% artıb

«Azərbaycan Kredit Bankı»ın əhalidən cəlb etdiyi əmanətlərin həcmi son bir ildə 23% artıb
# 19 aprel 2010 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 23,039 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 16% azdır.

Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın depozit portfeli 15% genişlənərək 5,955 mln. manat, o cümlədən əhalinin əmanətləri 23,3% artaraq 5,775 mln. manata çatıb.

Həmçinin, bankın kredit portfeli 0,6% artaraq 27,054 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 24,5% artaraq 3,340 mln. manat, məcmu kapitalı 37,3% azalaraq 7,972 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,205 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında bankın ümumi gəlirləri (-1,387) mln. manat (gözlənilən faiz gəlirləri üzrə itkilər daxil olmaqla), xərcləri isə 3,854 mln. manat olub. Nəticədə, bankın zərəri 5,241 mln. manat təşkil edib.

Xatırladaq ki, son bir il ərzində bankın müştərilərinin sayı 9,6% artaraq 2 968-ə, o cümlədən fiziki şəxslərin sayı 9,8% artaraq 2 756-a, hüquqi şəxslərin sayı isə 7,1% artaraq 212-ə çatıb. Bu müddət ərzində işçilərin sayı 25% azalaraq 37 nəfər, orta aylıq əmək haqqı isə 9% artaraq 1 209 manat təşkil edib.

Təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR