Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası Polşa Mikromaliyyə Mərkəzinin toplantısında iştirak edəcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası Polşa Mikromaliyyə Mərkəzinin toplantısında iştirak edəcək
# 19 aprel 2010 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin may ayının 26-28-də Polşa Mikromaliyyə Mərkəzinin Astanada (Qazaxıstan) keçirilən XIII toplantısında iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, toplantı çərçivəsində regional sammitin keçirilməsi də nəzərdə tutulub. Bu sammitdə AMA-nın proqram rəhbəri Sevda Hüseynova «Mikromaliyyə sektorunda sosial fəaliyyətin idarə edilməsi» mövzusu ilə geniş təqdimatla çıxış edəcək.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR