Bank Of Baku

«NBC Bank» ötən bir ildə depozit portfelini 44% artırıb

«NBC Bank» ötən bir ildə depozit portfelini 44% artırıb
# 19 aprel 2010 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 46,343 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 15% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,7% artaraq 39,184 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 12% artaraq 35,618 mln. manat olub. Bu müddət ərzində bankın depozit portfeli 44,2% genişlənərək 6,777 mln. manata, o cümlədən əhalidən cəlb etdiyi əmanətlərin həcmi 51,6% artaraq 5,485 mln. manata çatıb.

Həmçinin, bankın məcmu kapitalı 8% artaraq 16,807 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,8% artaraq 15,598 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 2,318 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,5% azdır. Həmçinin, bankın xərcləri ötən ilin aprelin 1-nə nisbətən 25,4% azalaraq 2,673 mln. manat olub. Nəticədə, bank cari ilin yanvar-mart aylarını 356 min manat zərərlə başa vurub.

Xatırladaq ki, ötən bir il ərzində bankın müştərilərinin sayı 30,1% artaraq 13 656-a, o cümlədən fiziki şəxslərin sayı 30,6% artaraq 13,381-ə, hüquqi şəxslərin sayı isə 12,7% artaraq 275-ə çatıb. Bu müddət ərzində işçilərin sayı 1,4% azalaraq 137 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 55,9% artaraq 608 manat təşkil edib.

«NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR