Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank bu yeni əmanət üzrə faizləri vəsait banka yerləşdirilən gün ödəyir. Əmanət növü üzrə vəsaitlər 3 aydan 3 il müddətinədək manat, ABŞ dolları və avroda yerləşdirilə bilər. Əmanət üzrə minimal məbləğ 250 manat (dollar, avro) təşkil etməlidir.
Faizlərin avans ödənişi aşağıdakı cədvəldə göstərilən faiz dərəcələri ilə aparılır:
Valyuta | Depozitin müddəti | |||||
3 aylıq | 6 aylıq | 12 aylıq | 18 aylıq | 24 aylıq | 36 aylıq | |
AZN | 7% | 9% | 13% | 12.5% | 12% | 11% |
USD | 7% | 9% | 13% | 12.5% | 12% | 11% |
EUR | 1% | 4% | 8% | 8.5% | 8% |
|
Avans əmanəti yerləşdirən müştərilər əmanət məbləğinin 30%-i həcmində kredit limiti olan pulsuz «MasterCard Standard» və ya «VİSA Classic» kredit kartlarını əldə edə bilər.
«Rabitəbank»ın «Universal» əmanət növü üzrə faizlərı avans alınmasından əlavə aylıq, rüblük, yarımillik, ildə bir dəfə və müddətin sonunda almaq mümkündür.
Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivləri 108 mln. manat, məcmu kapitalı 16 mln. manat, depozit portfeli 49 mln. manat təşkil edib. Bankın Bakıda 6 filialı, regionlarda 15 filial və şöbəsi olmaqla, ümumilikdə 21 filial və şöbəsi fəaliyyət göstərir.