Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2 dəfə artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2 dəfə artıb
# 20 aprel 2010 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 601,3 mln. ABŞ dolları, o cümlədən ixrac 365,1 mln. dollar, idxal isə 236,2 mln. dollar təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəticədə 128,9 mln. dollar həcmində müsbət saldo yaranıb, halbuki ötən ilin analoji dövründə MDB ölkələri ilə ticarət dövriyyəsində 81,5 mln. dollarlıq mənfi saldo qeydə alınıb (idxal 259,1 mln., ixrac 177,6 mln. dollar).

Ötən ilin yanvar-fevral aylarına nisbətən MBD ölkələri ilə ticarət dövriyyəsinin həcmi 1,9 dəfə, o cümlədən ixrac 5,1 dəfə artıb, idxal olunan məhsulların həcmi isə 6,1% azalıb.

Bununla yanaşı, 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycana 4,3 mln. dollar həcmində və ya 2009-ci ilin yanvar-fevral aylarında olduğundan 28,8% az humanitar və texniki yardım şəklində müxtəlif növ mallar gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR