Bank Of Baku

«VTB Azerbaijan» filial şəbəkəsini formalaşdırmağa başlayır

«VTB Azerbaijan» filial şəbəkəsini formalaşdırmağa başlayır
# 20 aprel 2010 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «VTB Azerbaijan» bankı perspektivdə ölkədəki filial şəbəkəsini genişləndirmək niyyətindədir. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədri Oleq Krasnojon məlumat verib.

Onun sözlərinə görə, 2010-cu ildə «VTB Azerbaijan»ın ölkənin regionlarında filial açmaq planı olmasa da, 2011-ci ildən etibarən bank Azərbaycanın bölgələrində filiallar açmaq niyyətindədir: «Pesrpektivdə biz Gəncə, Sumqayıt, Lənkəran və Quba kimi şəhər və rayonlarda filiallarımızı açmaq niyyətindəyik».

Xatırladaq ki, 2007-ci ildə «VTB Azerbaijan» bankı «AF-Bank» Səhmdar Kommersiya Bankının nizamnamə kapitalında 51% iştirak payı alıb. Azərbaycan Mərkəzi Bankından 2009-cu ilin martın 19-da lisenziya alan bank bu ilin fevralında adını «VTB Azerbaijan» ASC-yə dəyişdirib. Sonradan Azərbaycanın «AtaHolding» Şirkətlər Qrupu bankda 48,99% iştirak payı alıb, qalan 0,01% isə fiziki şəxslərə məxsusdur.

VTB-nin Azərbaycandakı biznesinin əsas istiqamətləri korporativ və pərakəndə bankçılığı əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR