Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın aktivləri I rübdə 96% artıb

«YapıKredi Bank Azerbaijan»ın aktivləri I rübdə 96% artıb
# 20 aprel 2010 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 219,517 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 95,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 36,3% artaraq 54,110 mln. manat, o cümlədən əhalinin əmanətləri 7,5% azalaraq 11,154 mln. manat olub. Bankın kredit portfeli 2,7 dəfə artaraq 49,542 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 3% azalaraq 3,545 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 14,2% artaraq 45,685 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 27,209 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 46% azalaraq 4,995 mln. manat, xərcləri isə 71% azalaraq 2,270 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 2,1 dəfə artaraq 2,724 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 1 filial açıb, 4 bankomat və 8 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın müştərilərinin sayı 1,5% artaraq 18 986-a, o cümlədən fiziki şəxslərin sayı 0,9% artaraq 17 331-ə, hüquqi şəxslərin sayı isə 1,96% artaraq 1,557-ə çatıb. Bu müdət ərzində bankın işçilərinin sayı 18,7% artaraq 127 nəfər, orta aylıq əmək haqqı isə 6,3% artaraq 2 073 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 17 bankomatı və 70 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR