Bank Of Baku

«Bank Avrasiya»nın kredit portfeli son bir ildə 21% azalıb

«Bank Avrasiya»nın kredit portfeli son bir ildə 21% azalıb
# 20 aprel 2010 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 49,346 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 5,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 1,8% artaraq 22,046 mln. manat, kredit portfeli 21% azalaraq 20,028 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 4,7% azalaraq 5,171 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 3,2% azalaraq 20,290 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 45% azalaraq 0,933 mln. manat, xərcləri isə 5,7% azalaraq 1,081 mln. manat olub. Nəticədə, bank bu ilin yanvar-mart aylarını 0,148 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 filialı, 3 bankomatı və 28 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR