Bank Of Baku

Azərbaycan parlamenti Hesablama Palatasının hesabatını qəbul edib

Azərbaycan parlamenti Hesablama Palatasının hesabatını qəbul edib
# 20 aprel 2010 12:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının (HP) hesabatı müzakirə olunub.

APA-nın xəbərinə görə, Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edərək rəhbərlik etdiyi qurumun ötən il 31 audit yoxlaması, eyni zamanda 10 ekspert analitik təhlili apardığını deyib.

Onun sözlərinə görə, hesabat dövründə 81 min dollardan artıq vəsait dövlət büdcəsinə qaytarılıb: “Tikinti işləri ilə bağlı aparılan yoxlamalarda 17 milyon manat debitor borcun olduğu aşkarlanıb. “Azəriqaz”da aşkarlanan pozuntularla bağlı onlarla insan işdən azad olunub. Hazırda bu qurumun rəhbərliyi ilə danışıqlar aparılır. İşin təkmilləşdirilməsi ilə bağlı proses gedir. Bütün pozuntuların təhlili onu göstərir ki, əsasən “Büdcə sistemi haqqında” qanun pozulur. Ancaq bu pozuntular qlobal xarakterli deyil”.

Müzakirələrdən sonra sənəd qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR