Bank Of Baku

«Paşa Bank»ın aktivləri son bir ildə 60% artıb

«Paşa Bank»ın aktivləri son bir ildə 60% artıb
# 20 aprel 2010 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 333,289 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 60,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 84% genişlənərək 166,326 mln. manata, kredit portfeli 28,8 dəfə artaraq 140,174 mln. manata, o cümlədən, istehlak kreditlərinin həcmi 1,078 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı təxminən 13% artaraq 128,283 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 100 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir ildə bankın gəlirləri 52,9% artaraq 8,849 mln. manat, xərcləri isə 2,4 dəfə artaraq 6,839 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 32,7% azalaraq 2,010 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın işçilərinin sayı 14,3% artaraq 96 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR