Bank Of Baku

«Unibank» plastik kart sahibləri üçün on-layn rejimdə ödənişlərin həyata keçirilməsi üçün şərait yaradıb

«Unibank» plastik kart sahibləri üçün on-layn rejimdə ödənişlərin həyata keçirilməsi üçün şərait yaradıb
# 20 aprel 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin rəsmi internet səhifəsi (www.unibank.az) vasitəsi ilə plastik kart sahibləri artıq on-layn rejimdə birbaşa ödənişlər həyata keçirə bilər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, saytın «İnternet Ödəmələr» səhifəsi vasitəsi ilə dünyanın bütün banklarının «Visa», «Visa Electron», «MasterCard» və «Maestro» kartlarının istifadəçiləri müxtəlif xidmətlər üzrə ödəmələri məsafədən və on-layn rejimində həyata keçirə bilərlər. İnternet ödəmələr sistemi çərçivəsində onlara kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmək, «Azerfone-Vodafone», «Bakcell», «Nar Mobile», «Aztelekom» və BTRİB də daxil olmaqla mobil və stasionar telefon operatorlarında balans artırmaq, habelə internet və kabel televiziyası provayderləri olan şirkətlərin xidmətləri üzrə abunə haqqını ödəmək imkanı yaradılıb.

Bundan başqa, kart sahibləri sayt vasitəsilə sığorta şirkətlərinin («MBASK» və «AzSığorta»), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə etmək, eləcə də Leykemiya ilə mübarizə üzrə İctimai Birliyi və «SOS Uşaq kəndləri Azərbaycan» humanitar təşkilatının mərhəmət aksiyalarında iştirak edə bilərlər.

Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 23 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR