Bank Of Baku

Azərbaycanın daha bir bankı zəmanətli pul bazarının iştirakçısı olub

Azərbaycanın daha bir bankı zəmanətli pul bazarının iştirakçısı olub
# 20 aprel 2010 15:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın zəmanətli pul bazarının iştirakçısı olan bankların sırasına daha bir bank təşkilatı əlavə olunub. Bakı Banklararası Valyuta Birjasından (BBVB) «APA-Economics»ə verilən məlumata əsasən, bazarın yeni iştirakçısı «Turanbank» ASC olub. Beləliklə, bazarın iştirakçılarının ümumi sayı 8-ə çatıb.

Xatırladaq ki, 2009-cu ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankı, BBVB və bir sıra banklar («Demirbank», «AGBank», «Bank Nikoil», «Bank Standard», «Pashabank», «Unibank» və «Bank of Baku») arasında zəmanətli pul bazarının yaradılmasına dair saziş bağlanılıb. Bu sənəd pul bazarının yeni seqmentinin fəaliyyəti üçün əsas kimi götürülüb. Zəmanətçi qismində AMB çıxış edir. Hər bir iştirakçı üçün maksimum 30 gün müddətinə 1 mln. manatdan çox olmayaraq kreditin ayrılması mümkündür. Kreditlərin faiz dərəcələri və kredit alanın seçilməsi banklar tərəfindən müstəqil şəkildə müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR