Bank Of Baku

AİB-in nəqliyyat üzrə baş mütəxəssisi Azərbaycana gəlib

AİB-in nəqliyyat üzrə baş mütəxəssisi Azərbaycana gəlib
# 27 aprel 2010 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin may ayının 1-də Asiya İnkişaf Bankının (AİB) nəqliyyat üzrə baş mütəxəssisi Donq Su Pyo (Dong Soo Pyo) Azərbaycana səfər edəcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, mayın 5-dək davam edəcək səfər çərçivəsində AİB-in nəqliyyat üzrə baş mütəxəssisi Azərbaycan Nəqliyyat Nazirliyində bir sıra görüş keçirəcək və ölkədə hazırda icra olunan nəqliyyat layihələri ilə tanış olacaq.

Qeyd edək ki, bundan öncə Bakıda səfərdə olan D.Pyo qeyd edib ki, AİB Azərbaycanda avtomobil və dəmir yollarının yenidən qurulması, tikintisi və təkmilləşdirilməsi üçün kredit ayırmağa hazırdır.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB Azərbaycanda Masallı-Astara avtomobil yolunun yenidən qurulmasında və «Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək» layihəsində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR