Bank Of Baku

Analitiklər: Bu həftə avro ucuzlaşa bilər

Analitiklər: Bu həftə avro ucuzlaşa bilər
# 27 aprel 2010 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu həftə ərzində avronun ucuzlaşması baş verə bilər. Çünki valyuta və fond bazarlarının iştirakçıları Yunanıstanın xilası üzrə tədbirlər planının qəbul edilməsini gözləyirlər.

APA-Economics”in məlumatına görə, yaxın perspektivdə avronun taleyi bir sıra əsas amillərdən asılı olacaq.

Bunların sırasında ilk növbədə avrozonanın üzvü olan bir neçə ölkədə dövlət borcları ilə bağlı yaranmış problemləri qeyd etmək olar. Hazırda Yunanıstanda vəziyyət kəskinləşib, lakin “növbədə” digər Avropa ölkələri durur. Analitiklərin fikrincə, suveren risklərin böhranı artıq Yunanıstandan kənara çıxmaqdadır.

Digər tərəfdən, avronun dollara qarşı məzənnəsinə ABŞ iqtisadiyyatında olan vəziyyət də təsir edib. Belə ki, ölkə iqtisadiyyatının bərpasına baxmayaraq, Federal Ehtiyat Sistemi hazırda tarixi minimum səviyyəsində olan faiz dərəcələrini yaxın gələcəkdə artırmaq fikrində deyil. Bu həftə ABŞ iqtisadiyyatı üzrə növbəti müsbət hesabatlar gözlənilir ki, nəticədə avronun məzənnəsi 1,3 dollaradək ucuzlaşa bilər.

Üçüncü amil kimi Çini qeyd etmək lazımdır. Hazırda burada depozitlər üzrə mənfi dərəcələr yaranıb, yəni istehlak qiymətlərinin artımı depozitlər üzrə dərəcələrdə yüksəkdir ki, bu da yaxın zamanlarda ölkədə faiz dərəcələrinin artırılması ehtimallarını gücləndirir. Lakin buna, eləcə də ABŞ, Avropa və bir sıra iri inkişaf etməkdə olan ölkələrin tələblərinə baxmayaraq, Çin hökuməti yuanın revalvasiyasına getməyi planlaşdırmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR