Bank Of Baku

«Bank Standard»ın depozit portfeli son bir ildə 38% artıb

«Bank Standard»ın depozit portfeli son bir ildə 38% artıb
# 27 aprel 2010 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 589,049 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-i ilə müqayisədə 9,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,02% artaraq 391,649 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 41,4% azalaraq 49,682 mln. manat, depozit portfeli isə 38,1% artaraq 211,994 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,2% azalaraq 74,442 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 64,5 mln. manat olub.

Qeyd edək ki, ötən bir il ərzində bankın ümumi gəlirləri 10,3% azalaraq 19,525 mln. manat, xərcləri isə 2,9% azalaraq 16,151 mln. manat təşkil edib. Nəticədə bankın mənfəəti son bir ildə 34,2% azalaraq 3,374 mln. manat olub.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı, 67 bankomatı və 428 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR