Bank Of Baku

Azərbaycan və Gürcüstan arasında Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı protokol imzalanacaq

Azərbaycan və Gürcüstan arasında Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı protokol imzalanacaq
# 27 aprel 2010 11:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Sabah Azərbaycan və Gürcüstan arasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların yekununa dair protokolun imzalanması gözlənilir.

«APA-Economics»in məlumatına görə, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə «Azərbaycanın ÜTT-yə üzvlüyü və mətbuat» mövzusunda keçirilən seminarda bildirilib.

Seminarda qeyd olunub ki, bununla da Gürcüstan Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı ikitərəfli danışıqları başa çatdırıb protokol imzalayan dördüncü ölkə olub.

Qeyd edək ki, buna qədər Azərbaycan Türkiyə, Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli danışıqları yekunlaşdıraraq müvafiq protokollar imzalayıb. Qırğızıstan və Moldova ilə danışıqlar başa çatıb. Hazırda ABŞ, Avropa Birliyi, Yaponiya, Cənubi Koreya, Şri-Lanka, Hindistan, Norveç, Braziliya, Ekvador və Çinin Tayvan əyaləti ilə danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR