Bank Of Baku

«Zamin Bank» son bir ildə mənfəətini 49% artırıb

«Zamin Bank» son bir ildə mənfəətini  49% artırıb
# 27 aprel 2010 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 189,685 mln. manat təşkil edib ki, bu da ötən ilin aprel ayının 1-nə olan göstəricidən 39% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 47,3% azalaraq 34,942 mln. manat, o cümlədən əhalinin əmanətləri 32,002 mln. manat, kredit portfeli 53% artaraq 126,007 mln. manat, istehlak kreditlərinin həcmi 2,5 dəfə artaraq 30,496 mln. manat olub.

Bankdan bildirilib ki, bu müddət ərzində bankın məcmu kapitalı 44,2% artaraq 19,803 mln. manata, o cümlədən nizamnamə kapitalı 18% artaraq 13,195 mln. manata çatıb.

Qeyd edək ki, ötən bir ildə bankın ümumi gəlirləri 5,5% artaraq 4,435 mln. manat, xərcləri isə 4,6% azalaraq 3,251 mln. manat olub. Nəticədə bankın mənfəəti 49% artaraq 1,184 mln. manat təşkil edib.

Bundan başqa, ötən il ərzində bank tərəfindən əlavə 10 filial açılıb, həmçinin 24 bankomat və 21 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 28 bankomatı və 1 891 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR