Bank Of Baku

ARPA-nın Himayəçilər Şurasının növbəti iclası keçirilib

ARPA-nın Himayəçilər Şurasının növbəti iclası keçirilib
# 27 aprel 2010 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) Himayəçilər Şurasının II-ci iclası keçirilib.

ARPA-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda çıxış edən ARPA-nın sədri Rüfət Mahmud Assosiasiyanın bir il ərzində gördüyü işlər barədə hesabat xarakterli məlumat verib.

O qeyd edib ki, ARPA bu müddət ərzində Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Qlobal Risk Peşəkarları Assosiasiyası (GARP), Beynəlxalq İnkişaf Agentliyi (USAID), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO), Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası ilə sıx əməkdaşlıq əlaqələri qurub.

Tədbirdə həm də ARPA-nın ümumi strateji planının təqdimatı keçirilib. ARPA-nın sədri assosiasiyanın institusional quruculuğu, ümumi iş prosesinin təhlili, eləcə də qarşısına qoyduğu strateji hədəfləri iclas iştirakçılarına açıqlayıb.

Himayəçilər Şurasının II iclasında Azərbaycan iqtisadiyyatının və bankların inkişafına, beynəlxalq miqyasda tanınmasına dair müxtəlif istiqamətlərdə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR