Bank Of Baku

«Rabitəbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 42% artırıb

«Rabitəbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 42% artırıb
# 27 aprel 2010 14:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Econmics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2010-ci ilin aprel ayının 1-nə 107,640 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 25,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 18% azalaraq 55,561 mln. manat, o cümlədən əhalinin əmanətləri 42,2% artaraq 46,795 mln. manat olub. Eyni zamanda bankın kredit portfeli 18,8% artaraq 77,414 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 14,1% azalaraq 19,367 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 10% artaraq 13,224 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,6% artaraq 10 mln. manata çatıb.

Qeyd edək ki, ötən bir il ərzində bankın ümumi gəlirləri 11,4% azalaraq 3,465 mln. manat, xərcləri isə 5,8% azalaraq 3,305 mln. manat olub. Nəticədə bankın mənfəəti 2,5 dəfə azalaraq 159 min manat təşkil edib.

Bundan başqa, bu müddət ərzində bankın müştərilərinin sayı 11,2% artaraq 50 943, o cümlədən fiziki şəxslərin sayı 11,2% artaraq 49 724, hüquqi şəxslərin sayı isə 12% artaraq 1 219 olub. Bankın işçilərinin sayı 8% artaraq 337 nəfərə, orta aylıq əmək haqqı isə 27,4% azalaraq 616 manat təşkil edib.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 20 filialı, 25 bankomatı və 114 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR