Bank Of Baku

Qubernator: Stavropol diyarı Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir

Qubernator: Stavropol diyarı Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir
# 27 aprel 2010 15:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonunadək Rusiyanın Stavropol diyarı Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir.

Bu barədə “APA-Economics”ə Azərbaycanda səfərdə olan Stavropol diyarının qubernatoru Valeri Qayevski məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Stavropol diyarı arasında əməkdaşlığı genişləndirmək üçün böyük potensial var və tərəflər iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq etmək niyyətindədir: “Son 7 il ərzində Azərbaycanla Stavropol diyarı arasında ticarət dövriyyəsi 10 dəfə artıb və yalnız 2009-cu ildə bu göstərici 2008-ci ilə nisbətən 30% azalaraq 123,3 mln. ABŞ dolları təşkil edib. Halbuki 2008-ci ildə bu göstərici 212 mln. dollar səviyyəsində olub. Bu il bizim qarşımızda tərəflər arasındakı ticarət dövriyyəsini minimum 2008-ci ilin göstəricisinə çatdırmaq və bir qədər də artırmaqdır».

V.Qayevski onu da bildirib ki, Azərbaycanla Stavropol diyarı arasında aprelin 28-də imzalanacaq ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığa dair sazişlər ticarət dövriyyəsini artırmağa təkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR