Bank Of Baku

“Bank Standard” mobil rabitə operatorlarının abonentləri üçün kredit kartı buraxıb

“Bank Standard” mobil rabitə operatorlarının abonentləri üçün kredit kartı buraxıb
# 28 aprel 2010 10:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Standard” SKB mobil rabitə operatorlarının fakturalı xətt abonentləri üçün “Abunəçi” kredit kartı buraxıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, orta aylıq danışıq haqqı 50 manatı ötən hər bir mobil operator abonenti üçün 10 000 manatadək kredit xətti açıla bilər.

Kreditin müddəti 36 aya qədər nəzərdə tutulub ki, güzəşt müddəti kredit xəttindən kart əldə edilən vaxtdan başlayaraq 0% dərəcəsi ilə 35 gün müddətinə pulsuz istifadə etməyə imkan verir. “Bank Standard”ın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə son 6 ödəniş fakturanı təqdim edib, 5 iş günü ərzində bu kredit kartına sahib olmaq mümkündür.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı, 67 bankomatı və 428 POS-terminalı mövcuddur.

«Bank Standard»ın aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 589,049 mln. manat, kredit portfeli 391,649 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 49,682 mln. manat, depozit portfeli isə 211,994 mln. manat olub. Bankın məcmu kapitalı 74,442 mln. manat, nizamnamə kapitalı 64,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR