Bank Of Baku

AİB «Garadagh Cement» ASC-yə 20 mln. avro ayıracaq

AİB «Garadagh Cement» ASC-yə 20 mln. avro ayıracaq
# 28 aprel 2010 11:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın əsas sement istehsalçısı olan «Garadagh Cement» ASC-yə 20 mln. avro kredit ayıracaq.

AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumat görə, kredit AİB-in Direktorlar Şurası tərəfindən hələ təsdiqlənməsə də, yaxın vaxtlara bunun baş tutacağı gözlənilir: «Bu ilin may ayının sonunda AİB-in Direktorlar Şurası kreditin ayrılması məsələsinə baxacaq. Kreditin ümumi məbləğinin təxminən 20 mln. avro təşkil edəcəyi gözlənilir».

Qeyd edək ki, «Garadagh Cement» ASC-yə AİB tərəfindən verilən kredit dövlət zəmanəti olmadan, qısa müddətə və bir qədər yüksək faiz dərəcəsi ilə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR