Bank Of Baku

“Dəmirbank”ın xarici borcalma portfelinin həcmi artır

“Dəmirbank”ın xarici borcalma portfelinin həcmi artır
# 28 aprel 2010 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın “Dəmirbank” ASC-nin xarici borcalma portfelinin həcmi 90 mln. manata bərabərdir ki, bunun da 30 mln. manatı cari il ərzində cəlb olunub.

Bunu “APA-Economics”ə açıqlamasında bankın İdarə heyətinin sədri Roman Əmircanov bildirib.

O qeyd edib ki, hazırda 25-ə yaxın maliyyə institutu bankla əməkdaşlıq edir: “Bundan başqa, digər banklar və kommersiya təşkilatları banka maraq göstərir”.

R.Əmircanovun sözlərinə görə, cari ildə bankın mənfəəti 5,1 mln. manat təşkil edib. Hazırda bankın nizamnamə kapitalı 19 mln. manata bərabərdir, eyni zamanda kapitalın adekvatlığı 16%-dir: “Bu günə 10 mln. manata yaxın likvidliyin artıqlığı var və bunun sentyabr ayınadək yerləşdirilməsi planlaşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR